Ölkənin ilk və innovativ şəhər bələdçisi bir mobil tətbiqdə
MyCity Corporation MMC tərəfindən ölkəmizdə və dünyada yeni innovativ tətbiq – MyCity yaradılmışdır.
Tətbiqin yaradılmasında məqsəd – istifadəçilərə maksimum faydalı olmaqdır. Missiyamız – tətbiqin həm ölkəmizdə, həm də ölkə hüdudlarından kənarda istifadəsini təmin etməkdən ibarətdir.
Tətbiqin istifadəçi kütləsini daima yenilik axtarışında olan əhali, o cümlədən, ölkəmizin qonaqları və sahibkarlar təşkil edir. Tətbiq ictimai iaşə məkanlarını onların arzu etdiyi göstəricilər – yerləşmə ünvanı, məkanın interyeri, menyu, gözlənilən tədbirlər və musiqi zövqü üzrə axtarış etməyə imkan verəcək. Ölkəmizin qonaqları üçün ən yaxşı tətbiq olan MyCity müxtəlif ictimai iaşə məkanları tapmaq məqsədi daşıyır. Tətbiq vasitəsilə turistlər ölkənin ən yaxşı müəssisələrinin yerini, bu müəssisələrin fotoşəkillərini və iş saatlarını tapa bilərlər. Bundan əlavə, turistlər müstəqil olaraq seçilmiş məkana marşrut qura biləcəklər. Təəssüratlarını burada bölüşən turistlərin rəyləri qurum seçimində kömək edəcəkdir. Müəyyən bir restoranda hansı yeməkləri sifariş etmək daha yaxşı olduğuna dair məsləhətləri də oxuya bilərsiniz. İctimai iaşə fəaliyyəti ilə məşğul olan sahibkarlar qrupu üçün isə tətbiq məkanın tanıtımının təmin olunması və artırılması, müştəri məmnuniyyətinin ölçülməsi və müştəri loyallığının təmin olunması üçün əvəzolunmaz vasitədir.
Bəs əhali bu innovativ tətbiqdən necə yararlana bilər& Çox asan iOS və Android platformarında tamamilə ödənişsiz, bir klik vasitəsilə tətbiqi yükləyib, qeydiyyatdan keçmədən, yerləşdiyiniz ünvanı seçərək yaxınlıqda yerləşən ictimai iaşə obyektlərinə dair bütün lazımi informasiyaları əldə edəcəksiniz.
Tətbiqin ölkəmizdə 5 il ərzində proqnozlaşdırılan təxmini istifadəçi sayı – 1 200 000 nəfər
Sosial-demoqrafik göstəriciləricilərə əsasən tətbiqin istifadəçiləri Yaş qrupuna görə - 18-24 yaş – 32%, 25-35 yaş 36%
Auditoriyanın maraq dairələrinə görə İstifadəçilərimiz nə axtarır Restoran – 50% Tədbirlər – 35% Artist – 15%
Proqramı işə salın, yerinizi seçin, tətbiq tərəfindən əsas ekranda ən çox axtarılan, tövsiyə olunan məkanlar və tədbirlər görünəcək. Filtr bölümünə keçid etməklə, siz reytinq, qiymət, mətbəx və məsafə göstəricilərinə görə seçim edə bilərsiniz. Bir sözlə tətbiq Sizə asudə zamanınızı harada istifadə edəcəyiniz barədə bələdçilik edəcək
MyCity RES Restoran bölümündə seçim edərkən Siz, ilk olaraq restoranın adı və yerləşdiyi ünvan məlumatları ilə tanış olursunuz. Seçmiş olduğunuz restoran üzrə detallı məlumat əldə etmək üçün isə üzərinə bir dəfə klik etmək kifayətdir. Bununla da Siz, restoran haqqında aşağıda qeyd olunan məlumatları əldə edə bilərsiniz • Məkan haqqında ümumi məlumat – məkanın tipi, iş saatı, əlaqə nömrələri • Məkan haqqında ümumi təəssüratlar – rəylər, qiymətləndirmələr • İki nəfərə düşən orta hesab göstəricisi • Mətbəx haqqında məlumat • Məkanın sosial şəbəkə hesablarının linki • Məkanın xidmət üstünlükləri – Parking, İnternet şəbəkəsi, sosial-ictimai məsuliyyəti və s. • Menyu barədə məlumatlar • Məkanda planlaşdırılan tədbirlər haqqında məlumat • Rəy bölümü vasitəsilə Siz məkan haqqında rəyinizi və qiymətləndirmənizi bildirə, həmçinin digər istifadəçilərin rəyləri ilə tanış ola bilərsiniz. • Seçilmişlər düyməsi vasitəsilə Siz bəyəndiyiniz məkanlar üzrə məlumatları yadda saxlaya və yeniliklər haqqında bildiriş ala bilərsiniz. Event - Tədbirlər bölümü • Tədbir təşkilatçılarının işini asanlaşdıracaq • Filter vasitəsilə məkanın adı, tarix və tədbirin növü üzrə axtarış etməyə • Seçilən tədbir haqqında ətraflı məlumatların – zaman, məkan, giriş tələbləri, tədbirin proqramı və sənətçilər, oxşar tədbirlərin xülasəsinin əldə edilməsinə xidmət edir. • Seçilmişlər düyməsi vasitəsilə Siz bəyəndiyiniz tədbirlər üzrə məlumatları yadda saxlaya və yeni tədbirlər haqqında bildiriş ala bilərsiniz. Artist bölümü Singers MyCity həmçinin unikal məzmuna malik informasiya resursudur. • Burada sənətçilər öz hesablarını yaradaraq əlaqə, fəaliyyət, performans, tədbirlər planları, sosial şəbəkə hesabları haqqında məlumatlarını daxil edə bilərlər • İstifadəçilər və ya təşkilatçılar tədbirlərin təşkili zamanı proqrama daxil ediləcək sənətçilərin seçimini həyata keçirə bilərlər • Sənətçi haqqında ümumi təəssüratlar – rəylər, qiymətləndirmələr edə bilərsiniz. • Seçilmişlər düyməsi vasitəsilə Siz bəyəndiyiniz sənətçilər üzrə məlumatları yadda saxlaya və iştirak edəcəyi yeni tədbirlər haqqında bildiriş ala bilərsiniz. Şəxsi kabinet bölümü • İstifadəçi nəlumatları – • Seçilmişlərin xülasəsi • Dil seçimi – 3 dil • Bildirişlərin idarə edilməsi • Dəstək • Haqqımızda • Əlaqə
By email: support@mycity.az
By visiting this page on our website: http://www.mycity.az/contact